Əfqanıstanın Kabul şəhərində yerləşən Amerika universitetinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 44 nəfər yaralanıb. Məlumatlara görə, silahlı hücum iştirakçılarından 2 nəfər öldürülüb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Yerli rəsmilər ölənlərdən 7-sinin tələbə olduğunu bildiriblər.

Samir