BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan muaytay komandası VI İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərib.

Teleqraf xəbər verir ki, yarışda Federasiyanın prezidenti Araz Musayevin rəhbərliyi ilə iştirak edən milli komandamız 4 idmançı ilə mübarizə aparıb.

Onlardan 3-ü (Xəyal Əliyev gümüş medal, Səlahəddin Qocazadə bürünc, Əli Əliyev bürünc) medal medal qazanıb.