BAKI, 9 oktyabr. TELEQRAF
14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarış oktyabrın 16-17-də baş tutacaq.
Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.