GƏNCƏ, 7 oktyabr. TELEQRAF

”Nəticəm əla oldu. Qızıl medalımın davamlı olacağına ümid edirəm”.

Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi İslam Soltanov III MDB Oyunlarında qızıl medal qazanmağını şərh edərkən deyib.

O, millinin bütün məşqçilərinə, eləcə də azarkeşlərə təşəkkür edib: “Yarışın mərhələli şəkildə keçirilməsini daha çox bəyənirəm. Final döyüşü gərgin keçdi. Növbəti yarışlarda da qızıl medal qazanacağıma ümidvaram”.