GƏNCƏ, 7 oktyabr. TELEQRAF
“Yarış yaxşı keçdi”.
Teleqraf-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Əli Nəzərov III MDB Oyunlarında qızıl medal qazanmağını şərh edərkən deyib.
O, yarış zamanı zədəli olduğunu söyləyib: “Zədələrim var idi deyə əziyyətli oldu. Amma çempion olmağı bacardım. Mənim üçün rəqibin fərqi yoxdur”.