BAKI, 5 oktyabr. TELEQRAF

Azərbaycan cüdoçuları III MDB Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.

Teleqraf xəbər verir ki, yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.

Millimiz finalda Rusiya - Özbəkistan yarımfinal cütünün qalibi ilə üz-üzə gələcək.