BAKI, 4 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.

Teleqraf xəbər verir ki, azərbaycanlı idmançı Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.

Bundan başqa, Fidan Cəlilli (70 kq) də turnirin bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər dairəvi sistemlə keçirilib.