BAKI, 20 sentyabr. TELEQRAF

5–8 oktyabr tarixlərində Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan mötəbər yarışda ümumilikdə 5 çəki dərəcəsində 8 idmançı ilə (6 oğlan, 2 qız) təmsil olunacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, dünya çempionatında 66 ölkədən 454 idmançı (242 oğlan, 212 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq
Nihad Məmişov
Fərid Qarayev

-66 kq
Məhəmməd Musayev
Nizami İmranov

-81 kq
Süleyman Şükürov

+100 kq
Ramazan Əhmədov

Qızlar

-52 kq
Xədicə Qədəşova
Aydan Vəliyeva