BAKI, 4 sentyabr. TELEQRAF
İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında Azərbaycan boksçusu Zaur Qəhrəmanov (65 kq) qələbə ilə başlayıb.
Teleqraf xəbər verir ki, o, 1/32 finalda almaniyalı Denis Brillə qarşılaşıb.
Hər 3 raundu xeyrinə bitirən Azərbaycan təmsilçisi yekunda 4:1 (27:30, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb.
Qəhrəmanov 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.
Qeyd edək ki, görüş sentyabrın 7-də olacaq.