BAKI. 25 iyul. TELEQRAF

Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçirilən 32-ci Ümumdünya Yay Universitet Oyunlarında Azərbaycan cüdo millisi ilk medalını qazanıb.

Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev Universiadanın gümüş medalını əldə edib.

Bu, Azərbaycanın 4-cü medalı olub. Daha əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandası 2 qızıl, 1 gümüş medala yiyələnib.