BAKI. 22 iyun. TELEQRAF

"Biz Azərbaycandayıq. Məni kimsə udmaq istəyirsə, tapança gətirsin, vurub öldürsün".

Teleqraf xəbər verir ki, bunu əslən azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov ABŞ təmsilçisi Nikolas Mottaya ikinci raundda nokautla qalib gəldiyi döyüşdən sonra deyib.

"Rəqibim kifayət qədər güclüdür. Başıma və bədənimə zərbələr endirirdi. Hətta epizodların birində 20-30 ardıcıl zərbə vurdu. Məni birinci raundda məğlub etmək istəyirdi, alınmadı. Amma məni Bakıda udmaq istəyirsənsə, öldürməlisən. Çünki biz Azərbaycandayıq. Mənim vətənim Azərbaycandır. Yaşasın Azərbaycan!", - deyə o vurğulayıb.