
BAKI, 18 iyun. TELEQRAF
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Rusiyanın əslən erməni cüdoçusu Arman Adamyanla üz-üzə gəlib.
Rəqibinə uduzan Kotsoyev təsəlliverici görüşdə mübarizə aparıb. Bu mərhələdə isə o, İspaniya təmsilçisi Nikoloz Şerazadişvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan cüdoçusu bürünc medal görüşündə cənubi koreyalı Kim Seheona rəqib olub.
15:55
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionunun rəqibi qazaxıstanlı Marat Baykamurov olub.
Qarşılaşmadan qalib ayrılan Kotsoyev adını 1/4 finala yazdırıb. Rəqib isə Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan Rusiyanın əslən erməni cüdoçusu Arman Adamyan olacaq.
*** 14:44
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Teleqraf xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan olimpiya, dünya və Avropa çempionu 1/16 finalda italiyalı Cennaro Pirelli ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, növbəti görüşündə qazaxıstanlı Marat Baykamurovu sınağa çəkəcək.