BAKI, 18 iyun. TELEQRAF
“Doğma divarlar arasında döyüşəcəm. Burada olduğum üçün xoşbəxtəm. Nazim Sadıxovla gəzintiyə çıxarkən hamı bizimlə şəkil çəkdirir. Bu, bizim üçün əlavə motivasiyadır”.
Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Rafael Fiziyev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı azərbaycanlı rəqibi ilə döyüşdən bonus qazanmaq istədiyini söyləyib: “İqnasio şou göstərmək istəyirsə, buna sevinirəm. Əlavə bonus qazana bilərəm”.
O, boğucu fəndlə məğlub ola biləcəyinə inanmadığını əlavə edib.
Fiziyev çəki dərəcəsinin dəyişməsi barədə söz açıb: “Artıq bunu istəmirəm. Müayinələrdən keçdim və həkimlərə çəkimdə qalmağı məsləhət gördülər”.
O, döyüşün azarkeşlər üçün maraqlı olacağını qeyd edib: “Ayaqüstə olacağam və ya güləşəcəyəm, bunu bilmirəm. Bunlar döyüşün gedişatından asılıdır. Qafqazda hamının qanında güləşmək də var. Azarkeşlər üçün maraqlı döyüşün olması üçün hər şey etməyə hazıram”.
Qeyd edək ki, Rafael Fiziyev yüngül çəki dərəcəsində İqnasio Baxamondeslə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək