BAKI. 11 iyun. TELEQRAF

Şimali Makedoniyanın Kumanovo şəhərində gənc boksçular arasında beynəlxalq turnir keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan millisinin üzvü Abbasqulu Şadlinski yarışı qızıl medalla başa vurub.

75 kq çəkidə mübarizə aparan boksçu finalda serbiyalı rəqibinə qalib gəlib.