BAKI. 13 may. TELEQRAF
Sərbəst güləş üzrə Rusiya milli komandasının baş məşqçisi Hacımurad Qatsalov antidopinq qaydalarını pozma ehtimalı ilə əlaqədar bir müddət yarışlardan kənarlaşdırılıb.
Teleqraf Beynəlxalq Dopinq Test Agentliyinə istinadən xəbər verir ki, cəza 5 may 2025-ci ildən qüvvəyə minib.
42 yaşlı mütəxəssis 2023-cü ildən yığmanın baş məşqçisidir.
O, idmançı kimi 2024-cü il Afina Yay Olimpiya Oyunlarının qalibi, 5 qat (2005, 2006, 2007, 2009, 2013) dünya çempionu, 3 qat (2003, 2004, 2006) Avropa çempionu olub. 2020-ci ildə isə Qatsalov Ermənistan pasportu və bu ölkənin adından yarışlarda çıxış hüququ alıb.