
BAKI, 22 mart. TELEQRAF
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Corc Forman 76 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Formanın ailəsi sosial şəbəkədə məlumat yayıb.
Forman 1968-ci il Yay Olimpiya Oyunlarının qalibi və WBC, WBA və IBF versiyaları üzrə ağır çəkidə dünya çempionu olub.
Qeyd edək ki, Corc Forman peşəkar karyerası ərzində 81 döyüş keçirib, 76-da qalib gəlib (68-də nokautla) və 5-də məğlub olub.