.jpg)
BAKI, 18 mart. TELEQRAF
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən "Odlar Yurdu" boks klubu rekorda imza atıb.
Teleqraf xəbər verir ki, "Odlar Yurdu" boks klubu yüksək səviyyəli bir yarışda ilk dəfə 4 üzvü ilə təmsil olunub və onların hər biri fəxri kürsüyə çıxıb.
Federal Boks Birinciliyində klubun daha iki boksçusu – Zieae Raveş və Yousifi Rohullah 60 kq çəkidə böyüklər arasında keçirilən yarışlarda gümüş medal qazanıblar.
Xəbər verdiyimiz kimi, ötən həftə 13 yaşlı Dmitro Turkules və 15 yaşlı Bleoren Halili bu turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medalla təltif edilib.
Klubun rəhbəri, peşəkar boksçu Azad Əzizov bu nəticələri klubun inkişafı və gələcək uğurları üçün böyük bir nailiyyət olaraq qiymətləndirib. Qazanılan qələbələrin həm Azərbaycanın təbliğinə, həm də yeniyetmə idmançıların digər reytinqli yarışlarda iştirakına böyük töhfə olduğunu bildirib.