
BAKI, 16 mart. TELEQRAF
Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premyer Liqa"sında iki medal qazanıblar.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli komandanın üzvləri Nuran Rzazadə (67 kq) və Fərid Ağayev (75 kq) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, yığma yarışda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.