
BAKI, 11 mart. TELEQRAF
"Mənə azarkeşlik edən hər kəsə təşəkkür edirəm! Qızıl medal qazanaraq sizi sevindirdiyim üçün şadam".
Teleqraf xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada 23 yaşadək sərbəst güləşçilər arasında Avropa çempionu olan Azərbaycan millisinin üzvü Arseni Cioyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
O, yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Güləş Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib: "Bu bizim qələbəmizdir. Xetaq Qazyumov başda olmaqla bütün məşqçilərimizə də təşəkkür edirəm. Komandamız ümumi nəticədə də birinci oldu. Bu, onların sayəsində gerçəkləşdi. Qarşıdan dünya çempionatı gəlir. 20 - 26 oktyabrda Serbiyanın Novi Sad şəhərində keçiriləcək mundiala Qubada hazırlaşacağıq".
Qeyd edək ki, Arseni Cioyev U-23 Avropa çempionatında 86 kq çəki dərəcəsində qızıl medal qazanıb.