BAKI, 7 mart. TELEQRAF

Martın 8-də Serbiyanın Niş şəhərində start götürəcək qadın boksçular arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, mundaila 6 dəri əlcək ustası yollanacaq.

Yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək.

Qeyd edək ki, dünya çempionatına martın 16-da yekun vurulacaq.