
BAKI, 7 mart. TELEQRAF
Azərbaycan üçüncü dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Teleqraf Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 3-4 may 2025-ci ildə Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
ACF-nın icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, Azərbaycan cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə edib: "Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır".
Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.