BAKI, 27 fevral. TELEQRAF

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən beynəlxalq “Strandja” turnirinə Azərbaycan millisinin daha 2 boksçusu qələbə ilə start verib.

Teleqraf xəbər verir ki, 75 kq-da çıxış edən Mirşərif Kazımzadə irlandiyalı Qavin Rafferti ilə döyüşüb. Görüş Mirşərifin 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Kazımzadə 1/4 finalda Cavohir Ummataliyevlə (Özbəkistan) üz-üzə gələcək.

Sərxan Əliyev (71 kq) 1/8 finalda Əsgərxan Madiyevlə (Gürcüstan) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. O, ikinci döyüşündə Farux Toxtassunovu (Qazaxıstan) sınağa çəkəcək.

Qeyd edək ki, turnirə martın 2-də yekun vurulacaq.