BAKI, 15 oktyabr. TELEQRAF

Azərbaycanda "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi" yeni redaksiyada təsdiqlənib və sənədin əvvəlki redaksiyasının 3-cü hissəsi ləğv olunub.

Yeni tənzimləməyə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydalarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.