BAKI, 2 oktyabr. TELEQRAF

"Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Xocalı Soyqırımı Memorial Kompleksi" muzeylər siyahısına əlavə edilib.