BAKI, 7 oktyabr. TELEQRAF
Azərbaycanda oyuncaqların təhlükəsizliyinə dair yeni Texniki Reqlament təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/AZ)" dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.