BAKI, 2 oktyabr. TELEQRAF
“Bakı Metropoliteni” QSC-nin fəaliyyət sahəsinə sərnişin kanat yollarının təşkili, tikintisi və istismarı da daxil edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, “Bakı Metropoliteni” QSC-nin ictimai nəqliyyat sahəsində göstərdiyi sərnişindaşıma xidmətlərinin siyahısına, eləcə də vahid mərkəzdən idarə olunan və inteqrasiya edilən nəqliyyat növlərinə sərnişin kanat yolları da əlavə olunub. Həmçinin cəmiyyətə sərnişin kanat yollarının layihələndirilməsi, tikintisi və istismarı səlahiyyətləri verilib.