BAKI, 10 oktyabr. TELEQRAF

Respublika Diaqnostika Mərkəzi ASC-yə yeni baş direktor seçilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Diaqnostika Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeni baş direktor vəzifəsinə Rəşid Vəzirov seçilib.

Rəşid Vəzirov 2015 - 2018-ci illərdə Respublika Diaqnostika Mərkəzinin direktor müavini olub. 2018 – 2025-ci illərdə isə Respublika Diaqnostika Mərkəzinin İcraçı Direktoru olub.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Qaynarinfo" yayıb.