BAKI, 20 noyabr. TELEQRAF
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,4-dən 8,3-ə düşüb.
Doğulan körpələrin 53,2 faizi oğlan uşaqları, 46,8 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 2126-sı əkiz, 75-i isə üçəm olub.
Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (10,7), Lənkəran-Astara (10,2), Qarabağ (10,1), Şərqi Zəngəzur (10,0), Quba-Xaçmaz və Mil-Muğan (9,5), Qazax-Tovuz (9,2), Mərkəzi Aran və Şirvan-Salyan (9,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,3) yüksək olub.