BAKI, 2 noyabr. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günündə sərnişin tələbatını qarşılamaq üçün 7, 8, 9 və 10 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.