BAKI, 9 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ikigünlük işgüzar səfərlə Fransaya yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Nikol Paşinyan Parisdə keçiriləcək Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək.
Ermənistan Baş naziri səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.