BAKI, 25 avqust. TELEQRAF
“Katolikos II Qaregin Erməni Apostol Kilsəsində islahat gündəliyini qəbul edərsə, bu məsələni onunla müzakirə edəcəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2026-2031-ci illər proqramının müzakirəsi üzrə yekun çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, islahat gündəliyi aydın şəkildə formalaşdırılıb.
Paşinyanın fikrincə, dövlət II Qaregin kimi din adamlarının hamısı üçün müəyyən çıxış yolu təmin edə bilər.
“Müqəddəs bildiyimiz şeyin bu şəkildə zədələnməsinə necə dözə bilərik? Nə istəyirsiniz deyin, bütün bunlardan əlavə, hər bir vətəndaşın bildiyi faktlar var. Bu gün kilsəni müdafiə mövqeyindən çıxış edən insanlar var ki, onlar İncil, Bibliya və Avangel arasında hansı fərqlərin olduğunu bilmirlər. Həmin insanlar üçün kilsə sadəcə alətdir, pulyuma sistemidir”, - Baş nazir əlavə edib.