BAKI, 30 iyul. TELEQRAF
“Hazırkı xüsusi nümayəndə Ruben Rubinyan parlament sədri olduqdan sonra Türkiyəyə yeni xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı hələlik qərar qəbul edilməyib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
“Türkiyə ilə əlaqələrin formatı üzrə işimizi necə davam etdirəcəyimizi, hansı məntiqlə və hansı formatda hərəkət edəcəyimizi müəyyənləşdirməliyik ki, müvafiq qərarlar qəbul edə bilək. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır”, - Baş nazir bildirib.