BAKI, 1 iyul. TELEQRAF

Ermənistan Konstitusiya Məhkəməsi bu gün 7 müxalif siyasi qüvvənin 7 iyun parlament seçkilərinin nəticələrinə etirazı ilə bağlı məhkəmə baxışını başa çatdırıb.

Teleqraf xəbər verir ki, məhkəmə müşavirə otağına çəkilib.

Qərar iyunun 4-də iş gününün sonuna qədər dərc olunacaq.

Xatırladaq ki, iyunun 26-da Ermənistanın Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinə etiraz edən yeddi müxalif siyasi qüvvənin ərizələrinə baxmağa başlayıb. İşlər vahid icraatda birləşdirilib, birlikdə baxılıb.

Ərizə təqdim edənlər arasında rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” və keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokları, eləcə də Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası var.

İddiaçılar Konstitusiya Məhkəməsindən ya seçkilərin nəticələrini ləğv edib yenisini təyin etməsini, ya da ikinci səsvermə turunun keçirilməsini tələb edirlər.