BAKI, 30 iyun. TELEQRAF
“Müxalif siyasi qüvvələrin Ermənistan Konstitusiya Məhkəməsinə təqdim etdiyi faktlar 7 iyun parlament seçkilərinin nəticələrini ləğv etmək üçün əsas vermir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.
“Hər iki tərəfin təqdim etdiyi faktlarda seçkilərin etibarsız elan edilməsi üçün heç bir əsas yoxdur”, - o, məhkəmə binasının qarşısında jurnalistlərə bildirib.
Qalyan qeyd edib ki, seçki kampaniyası zamanı müxalifət qüvvələri tərəfindən rüşvətxorluğun geniş yayılmasına dair Baş nazir Nikol Paşinyanın açıqlaması ilə razıdır:
“Rüşvətin həcmi çox vacibdir. İkincisi, mövqeyimiz ondan ibarətdir ki, rüşvət halları hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilməlidir”.
Xatırladaq ki, parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,7 faizini, rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,2 faizini, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,9 fiaizini toplayıb.