BAKI, 29 iyun. TELEQRAF
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfərə gedib.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinə Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, eləcə də hökumət administrasiyasının rəhbəri daxildir.
Səfər proqramına əsasən, İrakli Kobaxidzenin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Baş nazir Oljas Bektenovla görüşləri nəzərdə tutulub. Danışıqlar zamanı ikitərəfli əlaqələrin gündəliyi müzakirə ediləcək və iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığa dair bir sıra memorandumların imzalanması planlaşdırılır.