BAKI, 26 iyun. TELEQRAF
Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə təşkilat çərçivəsində əməkdaşlıq və Gürcüstanın ATƏT sədrliyinə namizədliyinin perspektivləri müzakirə olunub.
Tərəflər regiondakı mövcud vəziyyət, təhlükəsizlik problemləri və əməkdaşlıq yolları ətrafında da fikir mübadiləsi aparıblar.
Maka Boçorişvili ATƏT çərçivəsində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.