BAKI, 19 iyun. TELEQRAF

“Ermənistan müxalifətinin hakimiyyətə qarşı küçə mübarizəsinə başlamaq üçün siyasi potensialı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan “Güclü Ermənistan” partiyasının sədri, rusiyalı oliqarx Samvel Karapetyanın müxalif qüvvələrin birləşməsi və küçə mübarizəsinə başlaması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Ovannisyanın sözlərinə görə, müxalifətin gündəliyinin Ermənistan vətəndaşlarını küçə mübarizəsi ətrafında birləşdirməsi mümkün deyil:

“İnsan nəyin yanında dayanmalıdır? Ermənistanı müharibəyə cəlb etmək gündəliyinin? Hesab edirəm, onların heç bir potensialı yoxdur, burada məzmun haqqında danışmaq mümkün deyil”.

Ovannisyan həmçinin bildirib ki, müxalif qüvvələr uzun müddətdir birlikdə fəaliyyət göstərirlər:

“Kimlərlə məşğul olduğumuz bizə məlumdur. Müharibə tərəfdarı olan “üçbaşlı müxalifət” darmadağın olunub, onlar parlamentdə də darmadağın ediləcək”.