BAKI, 18 iyun. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətin növbədənkənar parlament seçkilərinə hazırlaşdığı barədə iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, jurnalistlər brifinqdə ondan seçki hüququ və seçki rüşvətinə görə cəzanın sərtləşdirilməsi ilə bağlı layihələrin növbədənkənar seçkilərə hazırlığın sübutu olub-olmadığını soruşublar.
Baş nazir buna belə cavab verib: “Əlbəttə, hazırlaşmırıq”.
Paşinyanın sözlərinə görə, seçkilərdən əvvəl ictimaiyyət bu məsələlərlə bağlı açıq şəkildə narazılığını bildirib:
“Amma mən seçkilərdən əvvəl dəyişikliklərin edilməsinin əleyhinə idim və seçkilərdən sonra addımlar atacağıma söz vermişdim. Bu, mümkün qədər tez edilir ki, insanların niyə heç nə edilmədiyi ilə bağlı sualları olmasın”.