BAKI, 17 iyun. TELEQRAF

Ermənistan hökuməti növbədənkənar parlament seçkilərinə getməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Alxas Qazaryan məlumat verib.

“Bizim növbədənkənar seçkilərə getmək niyyətimiz yoxdur”, - hakim partiyanın üzvü jurnalistlərin müvafiq suallarına cavabında bildirib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. “Vətəndaş Müqaviləsi” Partiyası 49,7 faiz səslə seçkilərin qalibi olub.