BAKI, 3 iyun. TELEQRAF

“Ermənistan gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Rusiyadan istifadə etmək istəyir, bu, istismarçı münasibətdir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“İrəvan bizim Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq, Rusiya ilə də münasibətlər qurmaq istədikləri barədə bəyanatlar verirlər. Söhbət hansı münasibətlərdən gedir? İstismarçı? Ölkəmizdən istifadə edərək, bu mərhələdən keçib Avropa İttifaqına qoşulmaq. Bu, doğru deyil”, - o bildirib.

Volodin Rusiyanın Ermənistana və onun vətəndaşlarına kömək etdiyini vurğulayıb. Dövlət Dumasının sədri əlavə edib ki, Rusiya qazı Ermənistana dörd dəfə ucuz verilir, həmçinin Rusiya bu ölkə üçün satış bazarıdır.

“Əgər belədirsə, onda çıxın və üzvlükdən imtina edin. Vətəndaşlara da bunu açıq şəkildə bəyan edin. Əgər həmin dəyərlər və yanaşma sizə daha yaxın və məqbul görünürsə, o zaman gedin, Avropa İttifaqına qoşulun”, - Volodin söyləyib.