BAKI, 1 iyun. TELEQRAF

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

***

10:17

Gürcüstan Baş naziri İrakli Kobaxdize Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə sosial media hesabında Gürcüstan hökumətinin başçısı məlumat verib.

“Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşdüm. Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etdik. Ölkələr arasında strateji tərəfdaşlığın və müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladıq. Həmçinin bölgədə sülhün və sabitliyin vacibliyinə diqqət yetirdik.

Gürcüstan baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani görüşdə iştirak edib”, - Kobaxidze bildirib.