BAKI, 19 may. TELEQRAF

Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları və müstəntiqləri hazırda paytaxt İrəvanda genişmiqyaslı axtarış aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları İrəvanda təxminən 15 ünvanda axtarış aparırlar”, - məlumatda bildirilib.

KİV axtarışların iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar bir sıra cinayətlərlə əlaqəli olduğunu qeyd edib.