BAKI, 4 may. TELEQRAF
“Avropa İttifaqına (Aİ) üzvlük məsələsinə Ermənistanın özü qərar verəcək”.
Teleqraf xəbər verir ki, bunu İrəvanda jurnalistlərə açıqlamasında Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Ermənistan qərarlarını özü verir. Bir aydan sonra seçkilər olacaq, əlbəttə, Avropa perspektivi də müzakirə olunur, buna Ermənistan özü qərar verəcək”, - o bildirib.