BAKI, 15 aprel. TELEQRAF
Müxalif “Güclü Ermənistan” partiyasının saxlanılan üzvləri Qohar Qumaşyan və Verjine Stepanyan inzibati nəzarət altında sərbəst buraxılıblar.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın vəkili və nümayəndəsi Qohar Meloyan məlumat verib.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən Qumaşyana qarşı ev dustaqlığı ilə bağlı vəsatət qaldırılacağını açıqlayıb.
Qumaşyan və Stepanyan seçki rüşvəti vermək ittihamları ilə saxlanılıb.
“Güclü Ermənistan” partiyası rusiyalı oliqarx Samvel Karapetyana məxsusdur.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.