BAKI, 6 aprel. TELEQRAF

“Hazırda sərhədimizdə atəş səsləri yoxdur. Hər yerdə raketlər uçuşur, amma sərhədimizin bu tərəfində vəziyyət sakitdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan İrandakı müharibənin “Tramp Marşrutu” layihəsinin reallaşmasına mümkün təsirlərini jurnalistlərə şərh edərkən deyib.

Komitə sədri bu durumun dəyişə biləcəyini də iddia edib.

“İmzalanmış istənilən sənəd pozula bilər, buna görə də elə bir təhlükəsizlik mühiti yaradılmalıdır ki, onu pozmaq çətin olsun. Həmçinin hər bir ölkə öz təhlükəsizliyinin təminatçısı olmalıdır”, - Köçəryan vurğulayıb.