BAKI, 25 mart. TELEQRAF

“Biz heç vaxt Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağımızı bəyan etməmişik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.

Baş nazir Nikol Paşinyanın “Yelk” blokunun deputatı olduğu dövrdə belə bir məsələ qaldırdığı xatırladanda Rubinyan bildirib:

“Dinləmələr olub, amma hakim “Vətəndaş Müqaviləsi” Partiyası 2018-ci ildən əvvəl heç vaxt hakimiyyətə gələcəyi təqdirdə AİB-dən çıxacağımızı bəyan etməyib. Bəli, ondan əvvəl “Yelk” blokunun təşəbbüsü ilə bu məsələ ilə bağlı dinləmələr keçirilmişdi”.