BAKI, 25 mart. TELEQRAF
“Əgər Ermənistan-Türkiyə münasibətləri barədə hər hansısa xəbər olsa, məlumat verəcəyəm, amma hazırda heç bir xəbər yoxdur”.
Teleqraf xəbər verur ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan jurnalistlərə deyib.
Danışıqlar prosesinin dayandırılıb-dayandırılmadığı soruşulduqda, Rubinyan qeyd edib: “Xeyr, dayanmayıb, amma deyəcək yeni sözüm yoxdur”.
Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla sonuncu dəfə nə vaxt danışdığı ilə bağlı başqa o, “İki gün əvvəl” cavabını verib.