BAKI, 24 mart. TELEQRAF
“Rusiya Ermənistan-Azərbaycan sülh prosesini pozmaq üçün hibrid qüvvələrdən istifadə etməyə çalışacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.
Ekspert hesab edir ki, seçki saxtakarlığında ittiham olunan qüvvələrin seçkilərdə iştirakı qanunla qadağan edilməlidir, çünki onlar sülh prosesi və Ermənistan üçün təhlükə yaradır.
“Robert Köçəryan diski dəyişməlidir, “Rusiya, Rusiya” deyə təkrarlamaq əvəzinə, xəritədə bir-iki ölkənin adını da öyrənsin”, - o əlavə edib.
Dallakyan xatırladıb ki, Köçəryan prezident olarkən Ermənistanın dövlət əmlakını çox ucuz qiymətə Rusiyaya satıb.
Gözlənilən parlament seçkiləri və bu kontekstdə Ermənistan müxalifətinin vəziyyəti ilə bağlı o qeyd edib: “Müxalifət daxilində ciddi qarşıdurma var. Çirkin oyun gedir. Robert Köçəryanın bu oyunda öz maraqları var, ehtimal ki, müxalif düşərgədə önə o çıxacaq”.
Xatırladaq ki, Robert Köçəryanın baş nazirliyə namizədliyi lideri olduğu “Ermənistan” bloku tərəfindən irəli sürülüb.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.