BAKI, 23 mart. TELEQRAF
Ermənistan hələ Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamağa hazır deyil.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
O bildirib ki, “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanunun qəbul edilməsinə baxmayaraq, hazırda işlər əsasən müxtəlif proqramlar və islahatların həyata keçirilməsinə, bunun nəticəsində ölkənin Aİ standartlarına uyğunlaşdırılmasına yönəlib.
“Ermənistan Avropa standartlarına uyğunlaşmağa başlayan kimi bu məsələ ilə bağlı siyasi qərar qəbul ediləcək. Hazırkı mərhələdə belə bir qərar yoxdur”, - Kostanyan qeyd edib.