BAKI, 23 mart. TELEQRAF

Ermənistan artıq Avropa İttifaqının (Aİ) 2021-ci ildə elan etdiyi 2,6 milyard avroluq maliyyələşdirmə paketindən 1,496 milyard avro alıb.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Nazir müavininin iddiasına görə, bu vəsaitlər əsasən Şimal-Cənub yolunun tikintisi üçün Aİ-nin müvafiq banklarından kreditlər şəklində daxil olub.

270 milyon avro dəyərində yeni “Davamlılıq və İnkişaf” proqramına gəlincə, bundan 210 milyonu artıq müxtəlif proqramlar üçün təsdiqlənib.

Vaan Kostanyan əlavə edib ki, Avropa Komissiyası ilə özəl Avropa kapitalı tərəfindən investisiyaların stimullaşdırılması imkanları da müzakirə olunur.